Peter Mixalko: Aİ minatəmizlənmə səylərində Azərbaycana qətiyyətli dəstəyini davam etdirəcək

post-img

Tərtərdə mina partlaması nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini dərin kədərlə öyrəndik və böyük təəssüf hissi keçirdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko sosial şəbəkədə hesabında yazıb.

Səfir qeyd edib: “Dünən Tərtərdə baş vermiş mina partlayışı nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini böyük kədərlə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizlənmə səylərində Azərbaycana qətiyyətli dəstəyini davam etdirəcək”.

Qeyd edək ki, aprelin 28-də Tərtərdə mina partlayışı nəticəsində “RPS Energy Ltd” şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olublar.

Son xəbərlər