Aprelin 18-də Sabirabadda regional konfrans

post-img

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 18-də Sabirabad şəhərində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsul şəxslərinin, ətraf region prokurorluqları, digər dövlət və media qurumları, qeyri-hökumət təşkilatları və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək. 

Bu barədə "Xalq qəzeti"nin Sabirabad Rayon  Prokurorluğuna ezam olunmuş əməkdaşı məlumat verib.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində regional konfranslar təşkil olunub.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Son xəbərlər