Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) informasiya təhlükəsizliyi sahəsində təhsil alan tələbələrin nəzəri, elmi-praktiki biliklərinin artırılması məqsədilə tədbirləri davam etdirir.
XRİTDX-nin mətbuat xidmətindən bildiriblər ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində aprelin 5-də Xidmətin əməkdaşı Nadir Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya təhlükəsizliyi fakültəsinin birinci, ikinci və üçüncü kurslarında təhsil alan tələbələr üçün “Azərbaycan kibertəhlükəsizlik qanunvericiliyi və kibercinayətkarlıq” mövzusunda məruzə ilə çıxış edib.
N.Novruzov XRİTDX-nin kibertəhlükəsizlik sahəsində gündəlik fəaliyyəti barədə məlumat verib, tələbələrin suallarını cavablandırıb.

