Naxçıvanda alim və ziyalılarla görüş

post-img

27 Mart Elm Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın elm xadimləri və ziyalıları ilə görüşüb.

Səlahiyyətli nümayəndə Elm Günü münasibətilə muxtar res­publikanın elmi işçilərini səmimi təbrik edib, ümumi inkişafın təmin olunması, kadr hazırlığı sahəsində alim və ziyalıların qarşısında du­ran vəzifələrdən danışıb, hərtərəfli tərəqqiyə elmi yanaşmanın vacibli­yini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akade­miyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Biore­surslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru Elb­rus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin elm və innovasiyalar bölməsinin müdiri Elnarə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin müəllimi Nicat Yaqubov, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov və Azərbay­can Milli Elmlər Akademiyası Nax­çıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev çıxış edərək muxtar respublikada elmin və təhsi­lin inkişafına yönəlik mülahizələrini bölüşüblər.

Səlahiyyətli nümayəndə görüşə yekun vuraraq səslənən təkliflərin faydalı olduğunu qeyd edib.

 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Son xəbərlər