Ulu öndər və Azərbaycanda dövlət təhlükəsizliyi

post-img

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Heydər Əliyev İli” çərçivəsində Şəki şəhərində keçirdiyi “Heydər Əliyev və təhlükəsizlik orqanları” mövzusunda tədbirdə Şəki şəhərinin, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Vüqar İskəndərov, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, Şəki şəhərinin təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etmişlər.


Məclisi açıq elan edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqillik illərində ölkəmizin təhlükəsizlik strategiyasının hazırlanması və reallaşdırılmasına, bu ­kontekstdə Azərbaycan təhlükəsizlik orqanlarının inkişafına verdiyi töhfələrdən, dahi şəxsiyyətin dövlətçiliyimiz və ölkəmizin tərəqqisi yolunda göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı bəhs etmiş, ulu öndərin 100 illik yubileyinə həsr olunan belə silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Çıxış edənlər ümummilli liderin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ərzində gördüyü mühüm işlərdən, bilavasitə onun rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlardan, bu orqanların milliləşdirilməsi istiqamətində gərgin səylərindən geniş söhbət açmış, dahi rəhbərin xidmətdə hər zaman nizam-intizama, tabeliyindəki əməkdaşların göstərişləri dəqiq icra etməsinə xüsusi önəm verdiyini vurğulamışlar. 
Toplantı DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı “Konfidensial” layihəsinin ilk buraxılışı olan və ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilmiş “Naturalist” əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatmışdır.


Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Son xəbərlər