ABŞ-ın fövqəladə hallar heyəti FHN-də

post-img

Martın 15-də Azərbaycan Respublikasının Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini, briqada generalı Edvard Voqan ilə görüşüb.

Nazir Kəmaləddin Heydərov hər iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin ha­zırkı səviyyəsindən məmnunluq ifadə edib. Qurumlararası əlaqələrin, o cüm­lədən mülki müdafiə sahəsində əmək­daşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir qarşılıqlı səfərlərin, təlimlərin əhə­miyyətindən danışıb. Bu çərçivədə ABŞ-nin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən FHN-in mülki müdafiə qoşunlarına avadanlıqların verilməsinə və təlimin keçirilməsinə görə təşəkkür edən nazir iki qurum arasında prioritet sahələr üzrə gələcək ikitərəfli əməkdaşlıq pers­pektivlərinin müəyyən olunması məqsə­dilə müzakirələrin aparılmasının vacibliyi­ni vurğulayıb.

Nüvə təhlükəsizliyi məsələlərinə toxu­nan nazir K.Heydərov Ermənistanda köh­nə texnologiya ilə fəaliyyət göstərən və ciddi texniki problemlərinin olduğu Metsa­mor Atom Elektrik Stansiyasının bütün re­gion üçün yaratdığı böyük nüvə təhlükəsi barədə danışıb.

Həmçinin nazir fevralın 6-da Türkiyə­də baş vermiş güclü zəlzələnin fəsadla­rının aradan qaldırılması və axtarış-xila­setmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə göndə­rilmiş FHN-in çevik xilasetmə qüvvələrinin fəaliyyəti barədə ətraflı məlumat verib, əldə edilmiş təcrübələri bölüşüb.

Səmimi görüşə görə təşəkkür edən briqada generalı Edvard Voqan iki ölkə­nin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Bu çərçivədə, qonaq ABŞ-nin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq münasi­bətlərinin genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb.

Qonaq Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırıl­ması ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əldə etdiyi təcrübələ­ri bölüşdüyünə görə nazir Kəmaləddin Heydərova təşəkkür edib. Bundan əlavə, E.Voqan dənizdə neft dağılmaları ilə mü­barizə üzrə uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsində ma­raqlı olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran di­gər məsələlər geniş müzakirə olunub.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər