Ceyhun Bayramovun BMT Baş katibinə ünvanladığı məktub Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədi kimi yayılıb

post-img

Xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə 2023-cü il 22 fevral tarixli qərarı ilə bağlı BMT Baş katibinə 27 fevral tarixində ünvanlandığı məktub Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədi kimi yayılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildi­riblər ki, məktubda Beynəlxalq Ədalət Məhkəməsinin qərarları şərh olunur və Ermənistanın əvvəlki qərar üzrə pozun­tuları diqqətə çatdırılır.

Bir qrup azərbaycanlı ekofəalın Xankəndi–Laçın yolunda keçirdiyi eti­raz aksiyalarının guya “Azərbaycan hö­kuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və sair kom­munal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu” barədə Ermənistanın iki əsas id­diasının Məhkəmə tərəfindən rədd edil­məsi faktı məktubda diqqətə çatdırılır.

Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı məktubda vurğulanır ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaə­ti budur ki, Azərbaycan Laçın yolunda “fasiləsiz hərəkəti təmin etmək...” deyil, yalnız “öz ixtiyarında olan bütün tədbir­ləri görməlidir”. Məhkəmə, eyni zaman­da, Ermənistanın yolboyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olun­ması ilə bağlı iddiasını da qəbul etmə­yib. Bununla da Laçın yolu ilə hərəkətin heç bir nəzarət olmadan həyata keçi­rilməsinin qeyri-məqbul olduğu barədə Azərbaycanın mövqeyi dolayısı yolla Məhkəmənin qərarında nəzərə alınıb.

Bu qərar bir daha sübut edib ki, Azərbaycan hökuməti vətəndaş cəmiy­yəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsu­liyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Məhkəmə Ermənistanın yoldan “azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb. 

Məktubda Laçın yolundan sui-istifa­də halları diqqətə çatdırılır və Azərbay­canın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçi­lik törətmədikləri vurğulanır. Məktubda, həmçinin Beynəlxalq Qırmızı Xaç Ko­mitəsinin və Rusiya sülhməramlı kon­tingentinin avtomobillərinin keçidi barə­də məlumat təqdim olunur, 3000-dənçox avtomobilin yoldan istifadəsinin “blokada” və “gərgin humanitar” vəziy­yət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir.

Laçın yolundan istifadənin qanu­ni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylə­rin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.

Azərbaycan Respublikası xarici işlər nazirinin BMT Baş katibinə məktubun­da Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını hələ də yerinə yetirmədiyi xatır­lanır. Belə ki, Ermənistanın Məhkəmə­nin qərarına zidd olaraq, ərazisində Azərbaycana qarşı etnik zəmində nifrət və ayrı-seçkilik aşılanmasının qarşısını almadığı, VoMA və POGA kimi hərbiləş­miş qruplaşmaları ləğv etmədiyi mək­tubda qeyd olunur.

BMT Baş katibinə ünvanlanmış, Təhlükəsizlik Şurasının və Baş As­sambleyanın sənədi kimi yayılmış mək­tub ilə bu keçid vasitəsilə tanış olmaq olar.

Son xəbərlər