Azərbaycan Prezidenti Forumda beynəlxalq ictimaiyyətə aydın və qətiyyətli mesajlar verdi

post-img

Martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə aydın və qətiyyətli mesajlar verdi.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəlsəfə doktoru Yusif Ağayev söyləyib.

Yusif Ağayev qeyd edib ki, bu platforma qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlər və digər mühüm mövzuların müzakirəsi aparılır.

“Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli çıxışı, bizi xəyallarımızın gücünə inandırmağı, indiki və gələcək zamanın reallıqlarını ifadə etməsi mühüm istiqamət oldu. Sülhə doğru, qorxudan təhlükəsizliyə doğru, milli təhlükəsizlikdən insan təhlükəsizliyinə doğru irəliləyə biləcəyimizi təmin etmək üçün aydın mesajlar verildi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Qarabağ münaqişəsinin həllinə 26 il ərzində BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar tərəfindən cəhd göstərilsə də, heç bir nəticə əldə olunmadı. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqları öz imkanı və gücü ilə azad etdi.

Eyni zamanda, “Dünya bu gün: Çağırışlar və ümidlər” adlı beynəlxalq platforması Prezident İlham Əliyevin Azərbaycanın dialoq mədəniyyətinə sadiq qalması, onun təşviqinə siyasi sadiqliyini nümayiş etdirir. Məhz bu siyasət Azərbaycanı zəfərə aparan inkişaf yoludur”, - deyə Yusif Ağayev bildirib.

Son xəbərlər