TÜRKPA-nın komissiyası Milli Məclisdə

post-img

Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası keçirilib. Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanovun təklifi ilə qardaş Türkiyədə baş verən güclü zəlzələ səbəbindən dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra parlament sədrinin birinci müavini Əli Hüseynli TÜRKPA-nın ölkələrimiz arasında dostluğun və qardaşlığın dərinləşməsinə xidmət etdiyini deyərək, üzv qarşısında duran qanunvericiliklərin yaxınlaşdırılması, ətraf mühit və sağlamlığın qorunması kimi aktual məsələlərə toxunub, TÜRKPA-nın bugünkü komissiya iclasının ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlığa öz töhfəsini verəcəyinə inamını bildirib.

 

Komissiyanın sədri Ə.Əmiraslanov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA üzv dövlətlərində biomüxtəlifli­yin qorunması” mövzusuna həsr edilmiş 8-ci iclasının mövzusu və iclasın gündə­liyində yer alan “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun la­yihəsi haqqında məlumat verib.

Komissiyanın sədr müavini Recep Şeker və TÜRKPA-nın baş katibi Mehmet Süreyya E iclasın mövzusu ilə bağlı fikir­lərini bölüşüblər. 

Təqdimatdan sonra AMEA-nın vit­se-prezidenti, Azərbaycanın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitu­tunun baş direktoru İradə Hüseynova, Genetik Ehtiyatlar İnstitutunun baş di­rektoru Zeynal Əkpərov, Türkiyə Böyük Millət Məclisinin üzvü Ömer Fethi Gürer, Botanika İnstitutunun baş direktoru Səy­yarə İbadullayeva, AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Nurlan Bekenov, Qırğız Respublikası Joqorku Keneşinin üzvləri Tazabek İkramov və Marlen Mamataliyev məsələ ilə bağlı çıxışları dinlənildikdən sonra komissiyanın hesabat layihəsi təs­diq olunub və assambleyanın plenar icla­sında məsələ üzrə məruzəçi TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini Recep Şeker seçilib.

“TÜRKPA üzv dövlətlərində biomüxtə­lifliyin qorunması”na dair komissiyanın tövsiyə qərarının layihəsini təqdimatın­dan sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəli­yev “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsini təqdim edib.

Sonra parlamentarilər komissiyanın 9-cu iclasının mövzusunu müəyyən edib­lər. Bildirilib ki, komissiyanın növbəti iclası Qazaxıstanda keçiriləcək.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Son xəbərlər