Laçın-Xankəndi yolu: Sülhməramlıların növbəti avtomobil karvanı Xankəndiyə gedib

post-img

Bu gün də Rusiya sülhməramlılarına aid avtomobillər azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçirlər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara aid doqquz yük, bir minik avtomobili Laçından Xankəndiyə, bir minik və bir yük avtomobili isə əks istiqamətə gedib.

Ekoaksiyanın 74-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Qeyd edək ki, hazırkı vaxtadək aksiya ərazisindən 41 avtomobilin keçidi təmin olunub.



Son xəbərlər