Təmsilçilərimiz səfərin ilk günü Süleyman Soylu ilə görüşüblər

post-img

Tükiyədə baş verən zəlzələyə görə yaradılmış “Qardaş Köməyi” platformasının rəhbərliyində təmsil olunduğu bir qrup şəxslər fəlakət bölgəsinə səfər ediblər.


Səfər zamanı onlar Kahramanmaraş, Hatay və zəlzələdən ziyan görmüş ərazilərdə olacaq, dəstək üçün fikir mübadiləsi aparacaqlar. Eyni zamanda mənəvi dəstək olacaqlar.


Platforma təmsilçiləri səfərin ilk günü Türkiyə daxili işlər naziri Süleyman Soylu ilə görüşüblər. Platformanın təsisçilərindən olan Emin Həsənli bu barədə məlumat verib.


Emin Həsənli Süleyman Soylu ilə yaranmış böhranlı vəziyyət, lazım olan yardımlar və bu yardımların çatdırılması ilə bağlı məsləhətləşmələr aparılıb.


Platforma təmsilçiləri qardaş Türkiyəyə maddi və mənəvi köməyin davam edəcəyini bildiriblər. Müzakirələr zamanı Süleyman Soylu Azərvaycan xalqına və dövlətinə öz minnətdarlığını bildirib.


Bununla yanaşı platforma təmsiulçiləri yerlərdə humanitar əməliyyatlarda iştirak edən hərbçilər və mülki şəxlərlə də görüşüblər.

Son xəbərlər