Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

post-img

Azərbaycandakı qeyri-hökumət təşkilatları (QHT-lər) aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir.

XQ xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilib.

Hesabatların forması və təqdim olunma qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq olunub və nazirliyin internet səhifəsində yerləşdirilib. Hesabatların alınması "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram"ı vasitəsilə həyata keçirilir.

Bunun üçün www.qht-hesabat.maliyye.gov.az saytında qeydiyyatdan keçilməklə illik maliyyə hesabatları elektron qaydada təqdim edilməlidir.

Maliyyə hesabatlarının təqdim edilməməsi İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.

İqtisadiyyat