IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim edilib

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyası çərçivəsində Assambleyanın 17-ci sessiyasının prezidenti və dörd vitse-prezidentliyinə dair namizəd ölkələr təqdim edilib.

Energetika Nazirliyindən XQ-yə verilən məlumata görə, coğrafi təmsilçilik və rotasiya qaydasına uyğun olaraq, Assambleyanın 17-ci sessiyasına sədrlik üçün Asiya və Sakit Okean regional qrupu üzrə Koreya Respublikasının namizədliyi təsdiqlənib. Assambleyanın vitse-prezidentləri isə digər dörd regional qrupun hər birindən üzv olmaqla formalaşdırılır. Vitse-prezidentlər vəzifəsinə Avropa və digərləri regional qrupundan Azərbaycanın, Afrika regional qrupundan Komor adalarının, Asiya və Sakit Okean regional qrupundan Tonqa Krallığının, Latın Amerikası və Karib dənizi regional qrupundan Qrenadanın namizədliyi  təqdim edilib. 

Qeyd edək ki, Assambleyanın on yeddinci sessiyası 2027-ci ildə keçiriləcəkdir.

İqtisadiyyat