2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac olunmuş, 170 ölkədən idxal olunmuşdur.
Dövlət Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 39913,9 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 20688,7 milyon dollarını və ya 51,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 19225,2 milyon dollarını (48,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1463,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,8 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,2 faizi Rusiya, 9,3 faizi Çin, 3,0 faizi Almaniya, 2,6 faizi ABŞ, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi İsveçrə, hər biri 1,9 faiz olmaqla Avstraliya və Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan və Yunanıstan, hər biri 1,6 faiz olmaqla Bolqarıstan və Xorvatiya, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Rumıniya, 1,3 faizi İran, 1,2 faizi Özbəkistan, hər biri 1,1 faiz olmaqla Portuqaliya və Ukrayna, 0,9 faizi Fransa, hər biri 0,8 faiz olmaqla Belarus və Hindistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
XQ

