“Gömrük–Biznes Forumu 2025: Dialoq və Etimad”

post-img

“Gömrük–Biznes Forumu 2025: Dialoq və Etimad” mövzusunda keçirilən forumda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də digər rəsmi şəxslər iştirak edibilər.

Məclis zamanı gömrük işi sahəsində həyata keçirilən rəqəmsal alətlərin, eləcə də xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyəti dövlət orqanlarının birgə reallaşdırdığı layihələr təqdim olunub, o cümlədən biznes subyektlərinin iştirakı ilə gömrük prosedurları və əməliyyatları üzrə müzakirələr aparılıb həyata keçirilib.

Qeyd edək ki, biznes nümayəndələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, gömrük sahəsində həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması məqsədilə dövlət qurumlarının nümayəndələrinin, xarici ticarət iştirakçılarının, ekspertlərin və tərəfdaşların iştirakı ilə hər il Dövlət Gömrük Komitəsi ənənəvi “Gömrük–Biznes Forumu” təşkil edir.

XQ

İqtisadiyyat