Aqroparklara 2,4 milyard manatlıq yatırım

post-img

Son dövrlər Azərbaycanda yaradılan 53 aqroparka 2,4 milyard manatlıq investisiya yatırılıb. Bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev “Gömrük–Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, aqroparklar artıq uzun illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yaradılmış böyük istehsal müəssisələridir və bu aqroparklara dövlət tərəfindən 690 milyon manat dəyərində dəstək olub.

Zaur Əliyev qeyd edib ki, bir növ xarici ticarətin formalaşması və artımına bu güzəştlər, dəstək mexanizmləri, həmçinin yanaşmalar, böyük və müasir təsərrüfatlar müsbət təsir göstərib.

XQ

İqtisadiyyat