İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

post-img

Dünyaca tanınmış “Ookla” şirkətinin nümayəndələri Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) olublar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə “Ookla”nın Yaxın Şərq və Afrika üzrə baş texniki meneceri Xalid Muhamməd, Yaxın Şərq və Afrika üzrə baş satış direktoru Osaman Nayveyseh və Yaxın Şərq və Afrika üzrə müştəri xidmətləri direktoru Əhməd Nəbəvi iştirak ediblər. 

İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov qurumun “Ookla” ilə geniş əlaqələrinin olduğunu, şirkətin bir sıra xidmətlərindən Agentliyin istifadə etdiyini bildirib.

“Ookla” rəsmiləri xidmətlərdən istifadə zamanı yaranmış suallara aydınlıq gətiriblər. Görüşdə provayderlərdə quraşdırılmış “SpeedTest” serverlərinə olan performans tələbləri, serverlərin istismar qaydalarının pozuntu hallarının aşkarlanmasında dəstək, bu kimi halların real indeks göstəricilərini təhrifetmə imkanları, onların aradan qaldırılması üçün atılmalı olan tədbirlər, “Ookla”nın indeksləri hesablama metodologiyaları, “SpeedTest” indekslərinin internet telekommunikasiya xidməti göstərən operator və provayderlər üzrə ayrılıqda dərc edilmə imkanları müzakirə olunub. İKTA nümayəndələri internet keyfiyyətinin ölçüləbilən olması məqsədilə hər bir operator və provayder üzrə internetin yükləmə və endirilmə sürətlərinin ayrı-ayrılıqda aylıq dərc olunmasına başlamaq niyyətində olduqlarını bildiriblər. 

Həmçinin “Ookla” şirkəti tərəfindən istifadəyə verilən yeni xidmətlərin təqdimatı keçirilib.

Görüşdə İKTA əməkdaşlarına təlimlərin keçirilməsi və qaldırılan sualların geniş müzakirə edilməsi qərara alınıb.

İqtisadiyyat