“Qobu” modul tipli elektrik stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək 6,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyinin məlumatına görə, elektrik stansiyası 2022-ci il fevralın 11-dən Abşeron rayonunun Qobu qəsəbəsində fəaliyyət göstərir. Ümumi gücü 385 meqavatlıq stansiyada hər biri 18,32 meqavat gücündə olan 21 qaz porşen aqreqatı istismar olunur.