Avropada qazın 1000 kubmetrinin qiyməti 500 dolları keçib

post-img

Avropada qazın qiyməti sürətlə artaraq 1000 kubmetr üçün 500 dollar həddini keçib. “İzvestiya” telekanalı Avropa bazarındakı çətinliklərin səbəblərini öyrənib. Əsas məsələ Rusiya yanacağının Ukrayna ərazisindən tranzitinin dayandırılması olub.

Qiymət artımında digər amil qışın əvvəlki iki illə müqayisədə soyuq keçməsidir.

Fevral ayına qədər Avropa İttifaqı (Aİ) ölkələri qaz hədəflərinə çətinliklə çatırdılar. Qaz anbarları 53 faiz dolu olub ki, bu da 2022-ci ildən bəri ən aşağı səviyyədir. Ekspertlər hesab edirlər ki, Avropa bu qışı insidentsiz keçə bilsə, gələn il vəziyyət daha da çətinləşəcək. xəbər verir.

Aİ indi birjada qazın qiymətinin kəskin artımını ləngitməyə çalışır. Birbaşa çatdırılmaların alternativi Azərbaycan yanacağı adı altında Rusiya yanacağının idxalı ola bilər. Digər variant isə “Türk axını” ilə tədarükün həcmini artırmaqdır. Lakin ekspertlər hesab edirlər ki, Aİ çətin ki, bu qərarların köməyi ilə vəziyyəti kökündən dəyişə bilsin.

P.ƏMİRCANOV

XQ

 

 

 

İqtisadiyyat