Azərbaycan və Pakistan nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Pakistanda yol-nəqliyyat sahəsində həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat