Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 66 faiz artaraq 1 milyard manatı ötüb

post-img

Naxçıvan MR İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ildə muxtar respublikada nağdsız əməliyyatlar üzrə dövriyyə 2023-cü ilə nisbətən 66,2 % artaraq 1 milyard manatı keçib.

 Bundan əlavə, ötən il muxtar respublikada qeydiyyatdan keçmiş POS-terminalların sayı əvvəlki ilə nisbətən 76 % artaraq 2 036, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə isə 38,8 % artaraq 112 milyon manat təşkil edib.

Səbuhi HƏSƏNOV

İqtisadiyyat