Qurğuşun ixracı – 13 milyon dollar qazanc

post-img

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında   Azərbaycandan 13,4 milyon ABŞ dolları dəyərində 6,6 min ton qurğuşun və ondan hazırlanan məmulatlar ixrac olunub. Bu, ölkənin ümumi ixracının 0,06 faizini təşkil edib.
Eyni zamanda, bu dövrdə Azərbaycana 767 min dollar dəyərində qurğuşun və ondan hazırlanan məmulatlar idxal edilib ki, bu da bir il əvvələ nisbətən 475 min ABŞ dolları və ya 2,6 dəfə çoxdur.

XQ

İqtisadiyyat