İlin Qarabağ xərcləri – 3,6 milyard manat!

post-img

Bu ilin yanvar–sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 604 milyon 307 min manat vəsait sərf edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 797 milyon 437 min manat), Ağdam (527 milyon 112 min manat) və Laçın ( 567 milyon 497 min manat) rayonlarına ayrılıb.

Xatırladaq ki, cari ilin yanvar – sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711 milyon manat vəsait yönəldilib ki, bununda 9 milyard 193 milyon
manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 39,2 faizini təşkil edib.

İqtisadiyyat