Bakıda İƏT-in Tədqiqat Mərkəzi yaradılacaq

post-img

Forumda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli yeni dövrün qlobal çağırışları fonunda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin beynəlxalq təşkilatlarla səmərəli iqtisadi əməkdaşlığı, eləcə də yeni nəsil iqtisadiyyatın tələblərinə uyğun tərəfdaşlığın mümkün istiqamətləri haqqında məlumat verib. O, regionda iqtisadi problemlərin həlli yollarının araşdırılması baxımından beyin mərkəzlərinin əhəmiyyətini vurğulayıb və keçirilən forumu region ölkələri arasında elmi-tədqiqat əlaqələrinin inkişafı üçün mühüm platforma kimi qiymətləndirib.

Tədbirdə tədqiqat mərkəzləri və institutlarının dövlət siyasətinin formalaşmasına töhfələri haqqında fikirlər səsləndirilib, eləcə də Bakıda yaradılacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi ilə bağlı məlumat verilib.

Toplantıda Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə İqtisadi Elmi–Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyəti təşviq etmək üçün tərəflər arasında birbaşa elmi və tədqiqat əlaqələri yaratmaq məqsədi daşıyan həmin sənədin qarşılıqlı tədqiqat fəaliyyəti üçün zəmin yaradacağı, azərbaycanlı və tacikistanlı ekspertlər arasında fikir və məlumat mübadiləsinin inkişaf etdiriləcəyi əminliyi diqqətə çatdırılıb.

İqtisadiyyat