İmişli rayonunun pambıq tarlalarında məhsul yığımına başlanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, bu il 7 min 33 hektardan artıq sahədə pambıq əkilib. Yığımdan əvvəl pambıq kollarının yarpaqlarının tökülməsi məqsədilə tarlalarda defolvasiya işləri aparılıb.
Pambıq yığımına 28 maşın, 53 traktor və 114 yedəkli qoşqu cəlb olunub. İndiyə qədər sahələrdən 193 ton məhsul toplanıb. Mövsum ərzində hər hektardan 30,1 sentner məhsul toplanacağı gözlənilir.
Xatırladaq ki, ötən il sahələrdən 18 min 680,3 ton məhsul yığılıb. İl ərzində hektarın orta məhsuldarlığı isə 24,6 sentner təşkil edib.