Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçiriləcək

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb.

Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət, enerji, investisiya, sənaye, humanitar və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional, qlobal enerji layihələri tərəfdaş ölkələrin enerji təminatına töhfə verir. Bu kontekstdə enerji əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, energetika sektorunda birgə fəaliyyət, əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi kimi məsələləri müzakirə ediblər.

Görüşdə Bakıda keçiriləcək Azərbaycan ilə Slovakiya arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupun ilk iclası və biznes foruma hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat