Bakı Gəmiqayırma Zavodu gücünü artırır

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-nin istehsal həcmi artıb.

Qurumdan verilən məlumata görə, 2024-cü ilin birinci yarısında müəssisədə 25 milyon manatlıq iş görülüb. Bu, əv­vəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 milyon manat və ya 3 dəfə çoxdur. Ötən müddətdə zavodda 722 nəfər daimi işlə tə­min edilib. “Bakı Gəmiqayırma Zavodu” MMC-də Qaradağ Sənaye Parkında tətbiq edilmiş idxal əlavə dəyər vergisi və göm­rük güzəştləri nəticəsində 2015-ci ildən indiyədək 73 milyon manatdan çox vəsaitə qənaət olunub.

Xatırladaq ki, müəssisə müasir tələb­lərə cavab verən müxtəlif təyinatlı gəmilə­rin tikintisi, təmiri və ümumilikdə, dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

İqtisadiyyat