Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 834 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 faiz çoxdur.