Qarabağda 840 yeni iş yeri açılıb

post-img

İşğaldan azad edilmiş rayonlarda I yarımildə 840 yeni iş yeri açılıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz yüksəlib. Belə ki, 2023-cü ilin I yarımilində Qarabağda 593 yeni iş yeri yaradılmışdı.

Yanvar–iyun ayları ərzində ən çox iş yeri Laçın və Şuşada açılıb. Bu dövrdə La­çında 299, Şuşada isə 232 yeni məşğulluq qeydə alınıb. 

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq sub­yekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb.

İqtisadiyyat