Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin Ankara şəhərində keçirilmiş 162 illik yubiley tədbirində iştirak edib.
Hesablama Palatasından verilən məlumata əsasən, tədbir çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Metin Yenerlə görüşüb.
Görüşdə dövlət auditi sahəsində gələcək əməkdaşlıq məsələlərindən danışılıb.
Tədbirdə auditdə informasiya texnologiyalarının tətbiqi, auditdə keyfiyyətin idarə edilməsi və səmərəli kommunikasiyanın qurulması kimi müxtəlif mövzular ətrafında panel müzakirələr keçirilib.
Yubiley tədbirində Hesablama Palatasının nümayəndə heyəti ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin Ali Audit Orqanlarının rəhbər və nümayəndə heyətləri də iştirak ediblər.