Heyvandarlığa önəmli dəstək

post-img

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu heyvandarlığın inkişafı layihəsinə 150 min manat güzəştli kredit ayırıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir kreditin sahibkar Müşfiq Həsənova ayrıldığını, layihənin İsmayıllı rayonunda icra olunacağını vurğulayıb.

Qeyd edək ki, hazırda yeni iqtisadi inkişaf mərhələsini yaşayan respublikamızda etibarlı ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsi qarşıya strateji hədəf kimi qoyulur. Bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar inkişafını reallaşdırmaq, heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilməsi diqqətdə saxlanılır. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqinə, yem bazasının möhkəmləndirilməsinə, səmərəli satış mexanizminin qurulmasına, fermerlərə subsidiyaların verilməsi və ayrı-ayrı bölgələrdə aqrar layihələrin reallaşdırılmasına xüsusi önəm verilir.

XQ

 

İqtisadiyyat