Baş nazirin müavini: Azərbaycan məhsulları Belarusda rəğbətlə qarşılanır

post-img

Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri var. Azərbaycan Belarusa keyfiyyətli meyvə-tərəvəz və zeytun yağı ixrac edir və bu məhsullar əhali tərəfindən rəğbətlə qarşılanır.

B sözləri Belarusun Baş nazirinin müavini İqor Petroşenko 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimində deyib.

O bildirib ki, sərgidə Belarusun kənd təsərrüfatının bütün sahələrini təmsil edən 42 şirkət iştirak edir.

“Bunlar bitkiçilik, heyvandarlıq, baytarlıq, kənd təsərrüfatı texnikaları istehsal edən şirkətlərdir. Belarus Azərbaycana kənd təsərrüfatında geniş tətbiq olunan traktorlar ixrac edir. Azərbaycanın kənd təsərrüfatında istifadə etdiyi traktorların 70 faizi Belarus istehsalıdır. Belarus Azərbaycana daha çox ət və ət məhsulları, süd və süd məhsulları ixrac edir. Bakıda Belarus brendi ilə 6 mağaza fəaliyyət göstərir. Bu mağazalarda satılan ət və süd məhsulları yerli əhali tərəfindən məmnuniyyətlə alınır. Yaxın gələcəkdə Azərbaycanın regionlarında da Belarus mağazalarının açılması istiqamətində Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə etmişik”, - deyən nazir müavini yeni mağazaların açılışında iştirak etmək üçün bir daha Bakıya gələcəyini vurğulayıb.

İqtisadiyyat