Bu il mayın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,9 faiz artaraq 768 minə çatıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, hesabat dövrünə aktiv əlavə dəyər vergisi ödəyicilərinin sayı 5,3 faiz artaraq 48,1 min təşkil edib. Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 0,6 faiz artıb və 205,7 min olub.
XQ