Bu ilin birinci rübündə Azərbaycan 56 milyon 610 min ABŞ dolları dəyərində 37 635 ton pambıq lifi ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 80,8 faiz və 2,2 dəfə çoxdur.
Hesabat dövründə pambıq lifi ixracı ölkənin ümumi ixracının 0,95 faizini, qeyri-neft sektoru ixracının isə 8,4 faizini təşkil edib.
XQ