Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

post-img

Bu ilin 3 ayı ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon dollar dəyərində ticarət dövriyyəsi olub.

Dövlət Gömrük Komitəsindən  bildirilib ki, xarici ticarət dövriyyəsinin 5 milyard 984 milyon dolları ixracın, 3 milyard 712 milyon dolları isə idxalın payına düşüb.

Bundan başqa, xarici ticarətdə 2 milyard 273 milyon dollarlıq müsbət saldo yaranıb.

İqtisadiyyat