Cari ilin fevral ayındakı növbəti hərraclara 57 əmlak çıxarılıb.
Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, fevralın 2-də təşkil olunacaq hərraca Azərbaycan Beynəlxalq Bankına məxsus 6 əmlak çıxarılıb. Bunlardan 1-i mənzil, 2-si torpaq sahəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir.
Fevralın 6-da keçiriləcək hərraca isə 2 avadanlıq, 49 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin istehsal tarixi 1992-2014-cü illər arasında, start qiyməti 675-22.000 manat arasında dəyişir.