“Füzuli” SES 11 ildir ahəngdar fəaliyyət göstərir

post-img

“Füzuli” Su Elektrik Stansiyasında istismara verildiyi gündən cari il dekabrın 1-dək 309 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. 

Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, hər biri 6,25 meqavatlıq 4 hidroaqreqatdan ibarət olan basqılı derivasiya tipli su elektrik stansiyasının ümumi qoyuluş gücü 25 meqavatdır.

Xatırladaq ki, 2012-ci il dekabrın 15-də istifadəyə verilmiş  “Füzuli” Su Elektrik Stansiyasında 2022-ci il ­dekabrın 1-dək 295 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdi.

XQ

 

İqtisadiyyat