Bu il Azərbaycanda hasil edilən neft, kondensat və qazın həcmi açıqlanıb

post-img

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda əməliyyat məlumatlarına əsasən neft və kondensat hasilatının həcmi 27,6 milyon ton təşkil edib, 23,1 milyon ton ixrac edilib.

Bu barədə energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, həmin dövrdə hasil edilən 44 milyard kubmetr təbii qazın 22,05 milyard kubmetri ixrac edilib, hasilat isə 3,6 faiz artıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

İqtisadiyyat