10 ayda 416 milyon manat ipoteka krediti verilib

post-img

Cari ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 415,8 milyon manat kredit verilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 23,8 faiz  artaraq 396,4 milyon manata çatıb. İlin ötən dövrü ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği isə 16,4 faiz artaraq 320 milyon manata çatıb. Bununla belə, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği 8 faiz azalaraq 87,6 milyon manata düşüb.

XQ

 

İqtisadiyyat