Aqrar və aqrar-sənaye məhsulları üzrə ixrac dəyəri 9,2  faiz artıb

post-img

2023-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2 faiz artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 162,7 milyon ABŞ dolları təşkil edib. 

Məlumatı Dövlət Statistika Komitəsi verib. 

Cari ilin oktyabr ayının qeyri-neft ixracı 15,4 faiz artıb və 278,2 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 24,1 faiz artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6 faiz artımla 187,7 milyon ABŞ dolları təşkil edib.

P.ƏFƏNDİ

XQ

 

İqtisadiyyat