İstehlak bazarı 5,5 faiz artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-oktyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi üçün satılan malların və göstərilən xidmətlərin dəyəri 56,9 milyard manat olmaqla 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,5 faiz artıb.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların və göstərilən xidmətlərin dəyəri 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,3 faiz artaraq 54 milyard 750,9 milyon manata bərabər olub, onun 47,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 561 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 77 manat çox vəsait xərcləyib.

XQ

İqtisadiyyat