“Azəri–Mərkəzi–Şərqi” platformasından ilk hasilat quyusu qazılacaq

post-img

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri–Mərkəzi–Şərqi” (ACE) platformasından ilk hasilat quyusunu qazılmasına bu ay başlanılacaq.

Bunu “BP–Azərbaycan” şirkətinin maliyə məsələləri üzrə vitse-prezidenti Kolin Alan bu gün Bakıda keçirilən Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırla ACE layihəsi üzrə işlər davam etdirilir və ilk hasilat quyusunun qazılmasına yaxın günlərdə start verilə­cək. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bu layihənin məqsədi yeni quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həc­minə nail olmaqdır.

XQ

İqtisadiyyat