Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib.
Mərkəzi Bankdan verilən məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8,5%-ə salınıb.
Bununla yanaşı, faiz dəhlizinin aşağı həddi 7,5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9,5%-ə endirilib.

