Türkiyədə turizm gəlirləri ARTDI - SƏBƏB

post-img

Türkiyənin turizm gəliri ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 13,1% artıb.

XQ xarici mediaya istinadən bildirir ki, sözügedən dövrdə turizm gəliri 20 milyard 225 milyon 317 min olub.

Bu dövrdə Türkiyədən gedən ziyarətçilərin sayı yüzdə 6,8% artaraq 22 milyon 428 min 234 nəfərə çatıb. Bunların 12 faizi - 2 milyon 687 min 458 nəfəri xaricdə yaşayan vətəndaşlar olub.

Turizm xərcləri əvvəlki ilin eyni rübünə nisbətən 74,8 % artaraq 1 milyard 933 milyon 781 min dollara çatıb. Bunun 1 milyard 491 milyon 933 min dollarını şəxsi, 441 milyon 848 min dollarını isə tur paket xərcləri təşkil edib.

Xaricə gedən vətəndaşların sayı əvvəlki ilin eyni rübünə nisbətən 43,7 % artaraq 2 milyon 978 min 418 nəfərə çatıb. Onların bir nəfərə düşən orta xərcləri 649 dollar olub.

A.AZADOVA

 

İqtisadiyyat