Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb

post-img

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

XQ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 616,3 milyon ABŞ dollarına bərabər olub.

Spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə, elektrik enerjisi 2,7 dəfə, qara metallardan məmulatların ixracı 34,3 faiz, meyvə-tərəvəz ixracı isə 7,1 faiz artıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 8,4 faiz artaraq 641,2 milyon ABŞ dolları olub. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faiz artaraq 145,9 milyon ABŞ dolları təşkil edib.



İqtisadiyyat