Ağcabədi sahibkarlarına 3 milyon manata yaxın vəsait ayrılıb

post-img

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 1650 layihənin maliyyələşdirilməsinə 80,8 milyon manat güzəştli kredit verib. Verilmiş kreditlər hesabına 1184 yeni iş yerinin yaradılması nəzərdə tutulur. 

Güzəştli kredit alanlar arasında Ağcabədi sahibkarları da var. Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Qəzənfər Səfərxanlı bildirib ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Ağcabədidən 117 layihəyə 2.942 milyon manat vəsait ayrılıb.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat