30 ildə bu sahəyə 200 milyard dollar investisiya qoyulub
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında komitə sədri Tahir Mirkişili son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollar investisiya yatırıldığını, bu vəsaitin 200 milyard dollarının isə qeyri-neft sektorunun payına düşdüyünü bildirib.
Deputatın sözlərinə görə, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox artıb, Azərbaycanın xarici ticarət dövriyyəsində isə 10 dəfə artım qeydə alınıb.
XQ