İşğaldan azad edilmiş Füzuli rayonunun Dövlətyarlı kəndi ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq.
Ümumilikdə, “Ağıllı kənd”in ərazisi 323 hektar sahəni əhatə edəcək. Birinci növbədə 450 evin yerləşdiyi ərazinin layihələşdirilməsi nəzərdə tutulub. Bu ərazi isə 137,1 hektar təşkil edir.
Həmin ərazidə ilkin olaraq xeyli sayda istismara yararsız müxtəlif təyinatlı dağılmış tikililərin sökülərək yerində müasir tələblərə cavab verən, izolyasiyalı müasir tikinti materiallarından istifadsə olunmaqla 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin, 1 və 2 mərtəbəli sosial-məişət və digər xidmət müəssisələrinin yerləşdirilməsi üçün qeyri-yaşayış binalarının, uşaq bağcalarının və məktəb binalarının tikinisi nəzərdə tutulub.
P.ƏFƏNDİ
XQ