İnflyasiya səviyyəsi azalacaq

post-img

Azərbaycanda inflyasiya 2023-cü ildə 9 faiz, 2024-cü ildə 5,8 faiz, 2025-ci ildə isə 5,2 faiz səviyyəsində olacaq. Bu barədə Dünya Bankından bildirilib. 

DB analitiklərinin fikrincə, məhsulların ucuzlaşması və xarici amillərin yumşaldılması fonunda ölkədə inflyasiya aşağı enəcək.

Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi inflyasiya hədəfi isə 4 faiz (+/-2 faiz) təşkil edir. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə inflyasiya 11,7 faiz təşkil edib.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat