2025-ci ilədək 4-5 faizlik iqtisadi artım gözlənilir

post-img

Azərbaycan Mərkəzi Bankı ölkədə ümumi daxili məhsulun (ÜDM) 2025-ci ilədək 4-5 faiz səviyyəsində artacağını proqnozlaşdırır.

Bankın idarə heyətinin sədri Taleh Kazımovun bildirdi­yinə görə, bu müddətə qədər qeyri-neft sektorunda artım 5-6 faiz səviyyəsində gözlənilir. Onun sözlərinə görə, Azər­baycan iqtisadiyyatının dinamik inkişafı, həmçinin davamlı olaraq artan digər makroiqtisadi göstəricilər bu cür proq­nozlar verməyə imkan yaradır. 

Xatırladaq ki, Dünya Bankı 2023-cü il üçün Azərbay­canda ÜDM artımını 2,8 faiz, 2024-cü il üçün isə 2,6 faiz səviyyəsində proqnozlaşdırır. Bu il üzrə nominal ÜDM 111,6 milyard manat olaraq qiymətləndirilir.

“Xalq qəzeti”

İqtisadiyyat